AZPORTAL.my1.ru
Меню сайта
News
MP3 [8]
PROQRAMLAR [11]
Foto [3]
IDMAN [0]
11 A [1]
MEHŞURLAR [4]
RocK Alilllance [2]
rock music
Interesting [4]
Наш опрос
where are you from??
Всего ответов: 63
Главная » 2009 » January » 10 » Dunyanin en uzun cayi ve men
Dunyanin en uzun cayi ve men
17:50
Dunyanin en uzun cayi ve men


 


Saxaranın şƏrqinƏ doğru addımlıyıram. GünƏşin yandırdığı qumlar ayağımın dərisini qoparır. İstidən əynimnən cırıb atdığım köynəyim nə qədər uzaqda qalıb bilmirəm. İndi hardayam, heç onu da bilmirəm.Bir az irəlidə bir təpə,onun isə arxasında nə olduğunu bilirəm, indiyə qədərki təpələrin ardında olduğu kimi yenə də qumluq və səhra. Ona görə də yeriyib-yeriməməyimin elə bir fərqi yoxdu. Dizlərimdəki taqət isə yəqinki, təpəni keçməyə imkan vermiyəcəy.
Yenə də heç nəyə baxmayaraq içimdəki son gücü də toplayıb ayağa qalxdım. İçimdə nəsə şübhə varıydı. Getməy lazımıydı bu son 12 addımı. Və sonra rahatca uzanıb əriyərəm. Hiss eləmədiyim ayaqlarımı son 12 addıma məcbur etdim.
12 addım sonrasında həyat dayanıbmış.
Və indi onu tapmışam. Bu hissin necə olduğunu başa salmaq mümkünsüzdü. “İndiana Jones”dakı bir epizoda oxşuyur. Uçurumun kənarında dayanır, dib isə görünmür, geriyə də yol yoxdu. Ölümə hazırlaşır, gözlərini yumur və uçuruma doğru addımını atır. Yerə çaxılıb parça-parça olacağını gözlədiyi halda havada, addımını atdığı yerdə daş peyda olur.
Onun yanında oturmuşam, Saxaraya meydan oxuyan dünyanın ən uzun çayının yanında. Ona heyran idim. Ancaq coğrafiya kitablarında, ensklopediyalarda, atlaslarda görmüşdüm onu. Haqqında çox oxumuşdum, bir gün görə biləcəyim heç vaxt ağlıma gəlməmişdi. Və indi o iki addımlığımda axırdı. Onun suyunu əlimə ala bilrdim.
Əl-üzümü yudum, bədənimə də su tökdüm. Ovcuma su aldım ki, içim. Ağzıma yaxınlaşdıranda suyun iyinnən çay haqqında oxuduğum bir şey yadıma düşdü. “Onun suyunun sağlamlığı üçün çox təhlükəli maddələr olduğunnan suyu içməli deyil”.
Ağlamağım gəlir, ama bunu eşidənlər yəqin ki, güləcəkdilər, “Səhrada dünyanın ən uzun çayının yanında susuzluqdan ölüb”. Onları qınamıram, kim olsa gülər.
Gün batıb. Gündüzləri 50 C* ilə keçən səhrada gecələrin soyuq olduğunu bilmirdim. Səhrada üşümək...çox qəribə gəlir. Daşların çıqqıltısınnan yata da bilmirəm. O isə sakitcə axır. Nə daşların çıqqıltısı vecinyədi, nə gündüzləri yandıran günəş, nə də yanında can verən mən, axırdı özüyçün.
Bu gün bütün günü ona baxdım, yandıran günəşə aldırmadan. Ama suyunnan içə bilmirdim.
Qərarımı vermişəm.Nolur olsun içəcəm. Belə mənasızca susuz ölməkdənsə...
Və içdim. Bütün susuzluğum yatdı. 10 dəqiqə sonra nə olacağını bilirdim, yenə də içdim. Gülməyə çalışıram. Onun yanında gözlərimi yumacam, nəyi pisdi ki?
10 dəqiqə sonra dünyanın ən uzun çayının sahilində üzü üstə yıxıldım. Günəş daha bədənimi yandıra bilmirdi.
Soyuq bədənim suya düşənnən sonra bəlkə o çay da başa düşdü ki, bu səhraya onunçün gəlmişdim.
Qoy desinlər ki, xoşbəxt öldü.
P.S Bir səhra gəzgininin gündəliyinnən...


                                                                      


                                                                                              muellif : qost_iz_raya









 


  Fikirlerinizi bildirmeyi unutmayin.....!!!
Просмотров: 1926 | Добавил: azportal
Всего комментариев: 1
1 azportal  
0

Имя *:
Email *:
Код *:
Форма входа
Календарь новостей
«  January 2009  »
- Sun Mon Thus Wes Fri Sat
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Поиск
Друзья сайта
Статистика

All online 1
Guests 1
Users 0
Copyright MyCorp © 2025 Бесплатный конструктор сайтовuCoz